Musiqili Teatr “Bəxtiyar” musiqili komediyasını yenidən göstərəcək

Tokio, 5 oktyabr , /AJMEDIA/

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində “Bəxtiyar” musiqili komediyası növbəti dəfə nümayiş olunacaq.
AJMEDIA xəbər verir ki, görkəmli bəstəkar Tofiq Quliyevin musiqiləri əsasında ilk dəfə səhnəyə qoyulan bu tamaşa Akademik Musiqili Teatrın baş rejissoru Cavid İmamverdiyevin quruluşunda səhnələşdirilib.
Tofiq Quliyevin 105 illiyinə həsr olunan səhnə əsəri “Bəxtiyar” filminin motivləri əsasında hazırlanıb.
Oktyabrın 9-da təqdim ediləcək tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Elşən Sərxanoğlu, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Fidan Babayeva, rəqslərin quruluşçusu Elvira Əzizova, rejissor assistenti Zaur Əliyevdir.
Biletləri şəhərin bütün mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən və “İticket.az” saytından əldə etmək olar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts