“Müharibə dumanı” adlı sərginin açılışı olub

Tokio, 14 oktyabr , /AJMEDIA/

Bakı Höte Mərkəzində müharibənin gətirdiyi fəsadlara həsr olunmuş “Müharibə dumanı” sərgisinin açılışı olub.
AJMEDIA xəbər verir ki, sərgi Bakı Höte Mərkəzi tərəfindən Avropa İttifaqı Nümayəndəliyi, “Kapellhaus” və “Platformart”ın təşkilatçılığı ilə hazırlanıb.
Layihədə Azərbaycan, Ukrayna, Qazaxıstan, Norveç, Nigeriya, eləcə də Almaniyadan olan rəssam və fotoqraflar iştirak ediblər.
Sərgidə Karo Akpokiere, Orxan Hüseynov , Verena İssel, Nikita Kadan, Dmitro Kozatski, Mariya Kulikovska, Almagül Menlibayeva, Sabina Şıxlinskaya və Frank Thielin əsərləri nümayiş olunur.
Qeyd edək ki, sərgi noyabrın 13-dək davam edəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts