Müdafiə Nazirliyi: Yeddi mindən çox vətəndaşın sənədləri “Müharibə veteranı” adının verilməsi üçün müvafiq komissiyaya göndərilib

Tokio, 1 iyul , /AJMEDIA/

Müdafiə Nazirliyinin tərkibində fəaliyyət göstərən komissiya tərəfindən 7 min nəfərdən çox vətəndaşın da Vətən müharibəsində iştirakı ilə bağlı məlumatlarının araşdırılması yekunlaşdırılaraq sənədləri “Müharibə veteranı” adının verilməsi məqsədilə qərar qəbul edilməsi üçün müvafiq komissiyaya göndərilib.
AJMEDIA Müdafiə Nazirliyinin feysbuk səhifəsinə istinadla xəbər verir ki, arayış-məlumatları göndərilən vətəndaşlar barədə qərar qəbul edildikdən sonra onların da adları “Müharibə veteranı” adının verilməsi üçün “Zəfər” altsisteminə daxil ediləcək.
Bundan sonra onlara da Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün (80 manat) təyin edilməsi və 2022-ci il yanvarın 1-dən hesablanaraq ödənilməsi təmin olunacaq.
Qeyd edək ki, bu günədək Vətən müharibəsində iştirak etmiş 76 min nəfərə “Müharibə veteranı” adı verilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts