Müdafiə Nazirliyi: Kəlbəcər rayonu istiqamətində mövqelərimiz iriçaplı silahlardan atəşə tutulub

Tokio, 1 may , /AJMEDIA/

Aprelin 30-u saat 20:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən mövqelərini iriçaplı silahlardan atəşə tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AJMEDIA-ya bildiriblər ki, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. Şəxsi heyət və texnikamızda itki yoxdur.
Hazırda həmin istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts