Moldovanın əmək və sosial müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək

Tokio, 15 oktyabr , /AJMEDIA/

Moldovanın əmək və sosial müdafiə naziri Marçel Spatarın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək.
Bu barədə AJMEDIA-ya Moldovanın Əmək və Sosial Müdafiə Nazirliyindən məlumat verilib.
Oktyabrın 17-21-i tarixlərində baş tutacaq səfər çərçivəsində M.Spatar Azərbaycanın əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayevlə görüşəcək, iki dövlətin müvafiq qurumları arasında əməkdaşlığın inkişafına dair anlaşma memorandumu imzalanacaq.
Səfər zamanı qonaqlar, həmçinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST), “ASAN xidmət” və Respublika Əlillərinin Bərpa Mərkəzinin işi ilə yaxından tanış olacaqlar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts