Millimiz yoxlama oyununda qələbə qazanıb

Tokio, 11 iyun , /AJMEDIA/

“Avro-2024”ün seçmə mərhələsi çərçivəsində Estoniya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandası yoxlama oyunu keçirib.
AJMEDIA xəbər verir ki, Bakı Olimpiya Stadionunda 21 yaşadək futbolçulardan ibarət milli komanda ilə qarşılaşan yığmamız 5:2 hesablı qələbə qazanıb.
Mahir Həsənovun avtoqol müəllifi olduğu oyunda millimizin digər qollarını Mahir Emreli, Filip Ozobiç, Musa Qurbanlı və Toral Bayramov vurublar. U-21-in heyətində isə Elçin Qasımov və Ağadadaş Salyanski fərqləniblər.
Qeyd edək ki, Azərbaycan–Estoniya matçı iyunun 17-də “Dalğa Arena”da keçiriləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts