Milli Mətbuat Günü ilə əlaqədar şəhid operator Sirac Abışovun məzarı ziyarət edilib

Tokio, 23 iyul , /AJMEDIA/

İyulun 22-də Milli Mətbuat Günü ilə əlaqədar YAP İdarə Heyətinin üzvü, YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov və aparatın əməkdaşları Kəlbəcər rayonunda minaya düşərək şəhid olan Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun Sumqayıt şəhər Şəhidlər xiyabanında olan məzarını ziyarət ediblər.
Şəhidlər xiyabanında ucaldılmış Qalib Əsgər abidəsinin və şəhidin məzarı üzərinə gül dəstələri düzüblər.
AJMEDIA xəbər verir ki, Yeni Azərbaycan Partiyasının nümayəndələri ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin əziz və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Ziyarət zamanı Şəhidin yaxınlarına başsağlığı verən Ramiz Hüseynov qeyd edib ki, 44 günlük Vətən müharibəsi dövründə mətbuat nümayəndələri də Azərbaycan xalqı kimi Ali Baş Komandanımız İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək xüsusi fədakarlıqla çalışıblar.
Sirac Abışov öz şərəfli və məsuliyyətli xidməti vəzifəsinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcərə ezam olunmuş və orada tank əleyhinə minaya düşərək şəhidlik zirvəsinə ucalmışdır. Bütün şəhidlərimiz kimi Sirac Abışovun da əziz xatirəsi yaddaşlarda əbədi yaşayacaq, onun peşəkar mətbuat nümayəndəsi kimi gördüyü işlər heç vaxt unudulmayacaq.
Qeyd edək ki, Sirac Abışov 2021-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən yolda minaya düşərək şəhid olub. İyunun 5-də Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn edilib. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamla işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts