Milli Dirçəliş Günü münasibətilə “N” saylı hərbi hissədə bayram konserti təşkil edilib

Tokio, 18 noyabr , /AJMEDIA/

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Əli Əmirov adına Mədəniyyət Sarayı Milli Dirçəliş Günü münasibətilə “N” saylı hərbi hissədə bayram konserti təşkil edib.
Baş İdarədən AJMEDIA-ya bildirilib ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Milli Dirçəliş Gününün tarixi haqqında məlumat verilib.
Hərbi hissənin komandiri çıxış edərək bayram münasibətilə xalqımızı təbrik edib, tədbirin təşkil edilməsində Mədəniyyət Sarayının kollektivinə öz təşəkkürünü bildirib.
Bədii hissədə Mədəniyyət Sarayının “Xarıbülbül” rəqs kollektivinin “Qarabağ Süitası” adlı rəqsi, solistlərin ifaları şəxsi heyət tərəfindən alqışlara qarşılanıb.
Sonda yaradıcı kollektiv hərbi hissə tərəfindən diplomlarla təltif edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts