Masallıda şəhidlərin xatirəsinə abidə ucaldılıb

Tokio, 10 noyabr , /AJMEDIA/

Masallı rayonunun Şatıroba kəndində şəhidlərin xatirəsinə ucaldılan abidənin açılışı olub.
AJMEDIA xəbər verir ki, açılış mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilatların rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, YAP Masallı Rayon Təşkilatının fəalları, şəhid ailələri, qonaqlar, qazilər, yerli sakinlər iştirak ediblər.
“Şəhidlər abidəsi” Vətən uğrunda canını fəda edən şəhid Natiq Əhmədovun adını daşıyan Şatıroba kənd tam orta məktəbinin qarşısında inşa olunub.
Əvvəlcə şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.
Çıxış edən Masallı RİH-in başçısı Araz Əhmədov 44 günlük Zəfər yürüşündə qəhrəman oğullarımızın igidliyindən söhbət açıb. Bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qüdrətli Azərbaycan Ordusunun şücaəti nəticəsində ərazi bütövlüyümız təmin edildi, həmçinin şəhidlərimizin qisası alındı.
Kənd sakini, Qarabağ döyüşləri qazisi, məktəbin müəllimi Nurəli Səfərov vurğulayıb ki, “Şəhidlər abidəsi” Şatıroba kəndindən olan Birinci və İkinci Qarabağ müharibələri şəhidlərinin əziz xatirəsinə ucaldılıb.
Sonra abidə ziyarət edilib, önünə gül çələngi və tər çiçəklər düzülüb.
Məktəblilərin ifasında vətənpərvərliyə, qəhrəmanlığa həsr edilən şeirlər səsləndirilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts