“Lüxembourg Times” portalı Azərbaycan stendindən yazıb

Tokio, 13 noyabr , /AJMEDIA/

Lüksemburq Böyük Hersoqluğunun “Luxembourg Times” portalında Azərbaycanın da təmsil olunduğu Beynəlxalq xeyriyyə Bazarı haqqında məqalə dərc olunub.
AJMEDIA xəbər verir ki, müəllif qala divarları formasında qurulmuş və milli ornamentlərlə bəzədilmiş Azərbaycan stendi haqqında da məlumat verib. Məqalədə Azərbaycan stendinin zənginliyindən, stendimizdə təqdim olunan milli məhsullar – nar, heyva və feyxoa kimi tər meyvələr, müxtəlif tərəvəzlər, eləcə də şərablar, yağlar, bəkməzlər, mürəbbələr haqqında məlumat verilib. Stendimizin təşkilatçıları ilə müsahibələr dərc olunub. Lüksemburq Beynəlxalq Bazarının ən yaxşı ünsiyyət məkanı olduğu göstərilib.
Müəllif Lüksemburq Böyük Hersoqluğundakı Azərbaycan icması haqqında məlumat verərək bildirib ki, bu ölkədə 200-dən çox azərbaycanlı yaşayır. Onlar Lüksemburq dilində danışır və bu ölkədə vətəndaşlıq alıblar. Eyni zamanda, soydaşlarımızın yerli cəmiyyətə yüksək səviyyədə inteqrasiya etməsindən bəhs olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts