Los-Ancelesdə nüfuzlu “Emmy-2022” mükafatları təqdim olunub

Tokio, 13 sentyabr , /AJMEDIA/

Sentyabrın 12-də gecə saatlarında Los-Ancelesdə ABŞ Televiziya Akademiyasının nüfuzlu “Emmy-2022” mükafatlarının 74-cü təqdimat mərasimi keçirilib.
AJMEDIA xəbər verir ki, mərasimdə “HBO” videoyayım şirkətinin “Succession” ekran əsəri “Ən yaxşı dram serialı” seçilib.
“Apple TV+” serialı “Ted Lasso” da gecənin qalibləri arasında olub. Serial ikinci il dalbadal “Ən yaxşı komediya” mükafatını qazanıb. Ekran işində amerikalı futbol məşqçisi obrazını canlandıran Ceyson Sudeikis isə “Ən yaxşı komediya aktyoru” mükafatını qazanıb.
Bundan əlavə, dram nominasiyasına görə “Ən yaxşı aktyor” mükafatı isə “Netflix”in “Squid Game” serialının baş qəhrəmanı Cənubi Koreya ulduzu Li Jung-jae-yə verilib. Beləliklə Li bu kateqoriyada mükafat alan ilk asiyalı aktyor olub.
Eyni nominasiyada “Ən yaxşı aktrisa” mükafatı isə “Euphoria” filmində narkotik aludəçisi gənc qız obrazını canlandıran Zendayaya verilib. Jean Smart da “Hacks” ekran əsərində göstərdiyi performansına görə “Komediya serialında ən yaxşı aktrisa” seçilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts