Londonda çıxan “Ürək-damar xəstəlikləri” kitabının bir fəsli Azərbaycanlı həkimlər tərəfindən yazılıb

Tokio, 12 iyul , /AJMEDIA/

Londonda David C.Gazenin rəhbərliyi altında “Ürək-damar xəstəlikləri” (“Cardiovascular Diseases”) kitabı çapa hazırlanıb. Təbabətin ən aktual problemlərindən birinə çevrilmiş diabet və prediabetin, həmçinin ürək çatışmazlığının yayılması, onların komorbidliyi, diaqnostikası və müalicəsi zamanı yeni prinsiplər həmin kitabda öz əksini tapıb.
Kitabda fəsillərdən biri 2-ci tip şəkərli diabet, prediabet və xroniki ürək çatışmazlığına həsr olunub. Həmin fəsil Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasının əməkdaşları V.A.Mirzəzadə, S.S.Sultanova, N.R.İsmayilova, A.R.Hüseynova, G.S.Nurməmmədova, S.M.İsmayilova və A.Z.Əliyeva tərəfindən yazilıb.
İnstitutun mətbuat xidmətindən AJMEDIA-ya verilən məlumata görə, fəsildə diabet və prediabetli şəxslərdə ürək çatışmazlığının xüsusiyyətləri və idarə olunması, həmçinin əksinə ürək çatışmazlığı olan xəstələrdə diabet və prediabetin idarə edilməsi təsvir olunub.
Kafedranın müdiri, professor Valeh Mirzəzadənin adına göndərilmiş minnətdarlıq məktubunda həmin məlumatların oxucular üçün maraqlı olacağı qeyd edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts