Laçınlılar doğma yurdlarına qayıtmağa hazırlaşırlar

Tokio, 28 avqust , /AJMEDIA/

“Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”. Ötən gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin verdiyi bu xoş xəbər hər bir azərbaycanlı, o cümlədən də laçınlılar tərəfindən böyük sevinclə qarşılandı.
AJMEDIA xəbər verir ki, indi laçınlılar doğma yurdlarına qayıdacaqları sayılı günləri sayırlar.
Laçının Qorçu kənd sakini 65 yaşlı Musa Abbasov 1992-ci ildə doğma el-obası erməni vandalları tərəfindən işğal olduqdan sonra didərgin düşən soydaşlarımızdan biridir.
22 ildir Şamaxı rayonunun Mədrəsə kəndində məskunlaşan Musa müəllim bu günün sevincindən ürək dolusu danışır, doğma kəndlərinə geri dönməyə hazırlaşır.
Doğma yurdlarından didərgin düşəndə onun oğlu Cəlalın cəmi 3 yaşı olub. Hazırda 3 övlad atası olan Cəlal yaxın vaxtlarda üçrəngli, ay-ulduzlu bayrağımızın dalğalandığı Laçın rayonuna, doğma Qorçu kəndində qayıdacaqları günü gözləyir.
Qeyd edək ki, Abbasovlar ailəsinin yaşadığı Qorçu kəndi Laçının ən böyük yaşayış məskənlərindən biri olub. 1992-ci il mayın 15-də erməni silahlı birləşmələrinin işğalı nəticəsində kənd əhalisi doğma yurd-yuvalarından didərgin düşüb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts