Tokio, 19 sentyabr , /AJMEDIA/
İşğaldan azad edilmiş ərazilərdə Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində intensiv tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan AJMEDIA-ya bildirilib ki, Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Zerti kəndi ərazisində mərmi aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.