KOBİA-nın dəstəyi ilə Ağalıda bazar fəaliyyətə başlayıb

Tokio, 21 oktyabr , /AJMEDIA/

Zəngilanın Ağalı kəndində yaşayan sakinlərin gündəlik tələbat mallarına olan ehtiyacının ödənilməsi məqsədilə bazar fəaliyyətə başlayıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) və Türkiyənin “Kolin” şirkətinin dəstəyi ilə açılan bazarda 40-a yaxın sahibkarın məhsullarının satışı həyata keçiriləcək.
KOBİA-dan AJMEDIA bildirilib ki, Türkiyə-Azərbaycan Qardaşlıq küçəsində yerləşən bazarın ümumi sahəsi 240 kvadratmetrdir. Burada Ağalıda istehsal olunan məhsullarla yanaşı, ətraf rayonlarda yetişdirilən kənd təsərrüfatı məhsulları, gündəlik tələbat malları, suvenir, xalça, toxuculuq məmulatları, əl işləri və sair məhsullar satılacaq. Bazar Ağalı sakinlərinin gündəlik tələbat mallarına olan ehtiyacını ödəməklə yanaşı, əhalinin məşğulluğunu da təmin edəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts