Kiyevə raket hücumu nəticəsində yaponiyalı jurnalist xəsarət alıb

Tokio, 31 dekabr , /AJMEDIA/

Dekabrın 31-də Rusiya ordusu tərəfindən edilən raket hücumu nəticəsində Kiyevdə azı bir nəfər həlak olub, 8 nəfər isə xəsarət alıb. Xəsarət alanlardan birinin vəziyyəti ağırdır.
AJMEDIA xəbər verir ki, bu barədə Kiyev şəhər meri Vitali Kliçko teleqram səhifəsində yazıb.
Kliçkonun sözlərinə görə, xəsarət alanlardan biri Yaponiyadan olan jurnalistdir. O xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, bu gün Ukrayna ərazisinə edilən kütləvi raket hücumu nəticəsində paytaxtın birdən-birə üç rayonunda – Solomenski, Peçerski və Qoloseyevskidə partlayışlar baş verib, dağıntılar var.
“Partlayışlardan biri paytaxtın Solomenski rayonunda yaşayış binaları arasında eşidilib. Bütün xidmətlər çalışır, həkimlər artıq hadisə yerindədirlər”, – deyə mer əlavə edib.
Raket zərbəsindən dağılan binalardan biri də “Alfa Vita” hotelidir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts