Kişineuda həftəsonu Azərbaycan dili məktəbi açılıb

Tokio, 24 iyul , /AJMEDIA/

Moldovanın paytaxtı Kişineu şəhərində həftəsonu Azərbaycan dili məktəbi açılıb.
AJMEDIA xəbər verir ki, Moldova Azərbaycanlıları Konqresinin (MAK) dəstəyi və təşkilatçılığı ilə açılan həftəsonu Azərbaycan dili məktəbinin əsas məqsədi Moldovada yaşayan azərbaycanlı məktəblilərə ölkəmizin dili, tarixi və ədəbiyyatı barədə xüsusi dərslərin keçirilməsidir.
Məktəbin ilk dərs günündə çıxış edən Moldova Azərbaycanlıları Konqresinin (MAK) sədri Elçin Bayramov bildirib ki, Azərbaycan dövlətinin əsas prioritet fəaliyyətlərindən biri də xarici ölkələrdə yaşayan soydaşlarımızın təhsilinin yüksək səviyyədə təşkilidir. Xüsusilə, Azərbaycan dili, tarixi və ədəbiyyatının təbliği olduqca önəmlidir. Təhsil güclü olmadan bir ölkənin uğur qazanması mümkünsüzdür.
Onun sözlərinə görə, ümummilli lider Heydər Əliyevin Azərbaycana miras qoyduğu təhsil strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
“Moldovada həftəsonu Azərbaycan dili məktəbinin açılmasında Diasporla İş üzrə Dövlət Komitəsi, səfirliyimiz bizə böyük dəstək olur”, – deyə Elçin Bayramov əlavə edib.
Həftəsonu Azərbaycan dili məktəbi üçün Kişineuda Pedaqoji Dövlət Universitetinin nəzdində geniş auditoriya götürülüb. İndiyədək Azərbaycan dili bazar məktəbi üçün 24 uşaq müraciət edib. Həmin auditoriyada həm də Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılması nəzərdə tutulub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts