Kanada mətbuatı Ermənistanın Qərbi Azərbaycana sahiblənməsi tarixindən yazıb

Tokio, 14 fevral , /AJMEDIA/

Son zamanlar ermənilər öz tarixlərini yerli amerikalıların tarixi ilə müqayisə etməyə başlayıblar. Bu, onların ABŞ və Kanada ictimai rəyini öz tərəflərinə çəkmək səylərinin tərkib hissəsidir.

AJMEDIA xəbər verir ki, bu barədə Kanadanın nüfuzlu “Thej.ca” media platformasında dərc olunmuş “Qərbi azərbaycanlılar: İrəvan vilayətinin yerli əhalisi” sərlövhəli məqalədə qeyd olunub.

Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru, tanınmış siyasi şərhçi və jurnalist Reyçel Avrahamın müəllifi olduğu, məsələ üzrə tanınmış tarixçi alimlərin fikirləri də daxil olmaqla, ermənilərin bədnam avtoxtonluq statusu ilə bağlı iddialarının təkzibinə həsr olunmuş məqalədə bildirilib ki, ermənilərin avtoxton amerikalılar kimi yerli xalq olmaları ilə bağlı iddiaları tarixən doğru deyil.

Müəllif yazıb ki, İrəvan bölgəsinin əsl yerli sakinləri öz yurdlarından zorla qovulmuş Qərbi azərbaycanlılardır. Uzun əsrlər boyu indiki Ermənistanın əsas hissəsini təşkil edən İrəvan bölgəsi ermənilərin deyil, azərbaycanlıların tarixi vətənidir və Azərbaycanın digər ərazilərindən heç nə ilə fərqlənməyib. Belə ki, 1897-ci ildə İrəvan quberniyasında 77 min 491 Azərbaycan türkü və cəmi 58 min 148 erməni yaşayırdı. Üstəlik, bölgənin yerli əhalisi olmayan həmin ermənilərin əksəriyyəti Osmanlı hakimiyyəti ilə aralarında baş verən münaqişədən qaçaraq burada məskunlaşmışdılar.

Eyni zamanda, diqqətə çatdırılıb ki, əslində, ermənilər 1897-ci ildə İrəvan quberniyasında nəinki çoxluq təşkil etmirdilər, hətta əsrlər boyu bu ərazi üzərində suverenliyə malik olmamışdılar. Məqalədə tanınmış tarixçi Tomas de Vaala da istinadla qeyd edilib: “1375-ci ildə Kilikiyanın ilk səlibçi krallığının süqutu ilə 1918-1920-ci illərdə qısa ömür sürən Ermənistan Respublikası arasındakı dövrdə indiki “Ermənistan” adlanan ərazidə heç bir erməni dövləti və siyasi qurumu mövcud olmayıb”.

Müəllif təəssüf hissi ilə diqqətə çatdırıb ki, yalnız etnik təmizləmə nəticəsində Ermənistan bu gün 98 faizi ermənilərdən ibarət monoetnik dövlətə çevrilib. Bu o deməkdir ki, yerli amerikalıların soyqırımı Amerika və Kanadanı bugünkü vəziyyətə gətirdiyi kimi, Qərbi Azərbaycan da analoji yolla Ermənistana çevrilib. Bütün deyilənlər Qərbi azərbaycanlıların İrəvan bölgəsinin əsl sakinləri olduqlarını danılmaz həqiqət kimi təsdiqləyir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts