Kəlbəcər rayonunun Xoləzəy kəndi- Fotolar danışır

Tokio, 26 iyul , /AJMEDIA/

Kəlbəcər rayonunun Xoləzəy kəndi Tərtər çayının qolu olan Uluxan çayının sahilində, dağətəyi ərazidə yerləşir. Kəndin ərazisində əkinçilik və heyvandarlıq üçün münbit torpaqlar, geniş otlaqlar, yaylaqlar, eləcə də xeyli sayda bulaq var.
Xoləzəy kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.
İkinci Qarabağ müharibəsində Ordumuzun Şanlı Qələbəsindən sonra Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarılıb.
AJMEDIA işğal dövründə erməni vandalizminə məruz qalmış Xoləzəy kəndinin görüntüləri təqdim edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts