Kəlbəcər rayonunun Alolar kəndi- Fotolar danışır

Tokio, 28 noyabr , /AJMEDIA/

Kəlbəcər rayonunun Alolar kəndi Tərtərçayın qolu olan Keşdək çayının (digər adı Alolar suyu) sahilində yerləşir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıq olub.
Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 7 fevral tarixli Qərarı ilə Kəlbəcər rayonunun Keşdək kənd sovetindən Alolar kəndi Yellicə kənd sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.
İkinci Qarabağ müharibəsində Ordumuzun Şanlı Qələbəsindən sonra Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarılıb.
AJMEDIA işğal dövründə erməni vandalizminə məruz qalmış kəndin görüntülərini təqdim edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts