Jurnalistlər üçün Şuşada yay məktəbi formatında ikigünlük təlim təşkil olunub

Tokio, 19 iyul , /AJMEDIA/

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) 22 iyul – Milli Mətbuat Günü ərəfəsində biznes və iqtisadiyyat sahəsində ixtisaslaşan jurnalistlər üçün yay məktəbi formatında ikigünlük təlim keçirib.
AJMEDIA xəbər verir ki, “Şuşa İli” çərçivəsində keçirilən təlim tarixi-mədəni əhəmiyyətə və Azərbaycan xalqı üçün mənəvi dəyərə malik olan mədəniyyət paytaxtı Şuşa şəhərində təşkil edilib.
Jurnalistlər üçün təşkil olunan yay məktəbində Maliyyə Nazirliyi, Mərkəzi Bank, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Məşğulluq Agentliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Vergi Xidməti və İİTKM-in əməkdaşları “Dövlətin büdcə – vergi siyasəti”, “Sosial siyasət”, “Maliyyə-bank sektoru”, “Elektron ticarət” və “İqtisadi artım” mövzularında təlimlər keçib.
Tədbirin ikinci gününün sonunda iştirakçı media nümayəndələrinə sertifikatlar, təlimçilərə təşəkkürnamələr təqdim edilib.
Təlim müddətində təlimçilər və jurnalistlər Cıdır düzündə olublar, Şuşa şəhərini gəzib və Şuşa qalası önündə xatirə fotosu çəkdiriblər.
İkigünlük təlimə 30-a yaxın TV və onlayn media nümayəndəsi qatılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts