Jared Leto Al Paçino ilə birlikdə “Gucci Evi” filmində baş rolda oynamaq istəyir

Tokio, 18 yanvar, /AJMEDIA/

Məşhur amerikalı aktyor Jared Leto Al Paçino ilə birlikdə “Gucci Evi” (House of Gucci) filminin orijinal hekayəsindən əvvəl baş verən hadisələrə diqqət yetirən bir əsərdə rol almaq istədiyini söyləyib.

AJMEDIA xəbər verir ki, rejissor Ridli Skottun çəkdiyi “Gucci Evi” filmindəki performansı ilə böyük rəğbət qazanan Jared Leto Al Paçino ilə işləməkdən böyük zövq aldığını bildirib. Filmin adının isə “Just The Two of Us” (“Sadəcə ikimiz”) ola biləcəyini əlavə edib.

Qeyd edək ki, Jared Leto “Gucci Evi” filmində Paolo Gucci rolunda izləyici qarşısına çıxmışdı. Al Paçino isə Paolonun atası Aldo Guccini canlandırıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts