İstanbulda Fikrət Əmirovun 100 illik yubileyi münasibətilə konsert proqramı təqdim olunub

Tokio, 20 noyabr , /AJMEDIA/

İstanbulda görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Fikrət Əmirovun 100 illik yubileyi münasibətilə konsert proqramı təqdim olunub. Konsert İstanbulun ən gözəl məkanlarından biri olan Cemal Reşit Rey salonunda təşkil edilib.
AJMEDIA xəbər verir ki, konsertdə Azərbaycanın Əməkdar artisti Fuad İbrahimovun dirijorluğu ilə Cemal Reşit Rey simfonik orkestri çıxış edib. Azərbaycanlı pianoçu, beynəlxalq müsabiqələr laureatı, dirijor və bəstəkar Abuzər Manafzadə, vokal ifaçıları Mərziyə Hüseynova, Opera və Balet Teatrının solisti Atəş Qaranın ifaları dinlənilib. Fikrət Əmirovun “Kür Ovşarı” simfonik muğamı, “Azərbaycan kapriççiosu”, fortepiano və simfonik orkestr üçün konserti, “Sevil” operasından Balaş və Sevilin ariaları, “Azərbaycan elləri” mahnısı və digər əsərlər səsləndirilib.
Böyük maraqla qarşılanan konserti həmvətənlərimizlə yanaşı, yerli sakinlər və dünyanın müxtəlif ölkələrindən xarici qonaqlar da izləyiblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts