İsmayıllıda gənclər üçün günərzi yay düşərgəsi təşkil edilib

Tokio, 20 avqust , /AJMEDIA/

Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə avqustun 19-da İsmayıllıdakı Heydər Əliyev adına parkda rayon Gənclər və İdman İdarəsi tərəfindən günərzi yay düşərgəsi təşkil edilib.
AJMEDIA xəbər verir ki, proqrama əsasən, açılış mərasimindən sonra düşərgə iştirakçılarına Uşaq və Ailələrə Dəstək Mərkəzinin məsul əməkdaşı Nərgiz Əlövsətli tərəfindən “Erkən nikahın fəsadları və ona qarşı mübarizə” mövzusunda təlim keçirilib.
Asudə vaxtın səmərəli təşkili məqsədilə keçirilən intellektual-əyləncəli oyunlar, idman növləri üzrə müxtəlif yarışlar düşərgə iştirakçıları tərəfindən maraqla qarşılanıb. Düşərgədə, habelə kamp təcrübəsi, çadırların qurulması və yığılması təlimi keçirilib.
Sonda düşərgə iştirakçılarının İsmayıllı Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiyası təşkil olunub.
Düşərgədə 40 fəal gənc iştirak edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts