ICESCO ilə Beynəlxalq Astronavtika Federasiyası arasında əməkdaşlıq genişlənir

Tokio, 17 Oktyabr, /AJMEDIA/

İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (ICESCO) ilə Beynəlxalq Astronavtika Federasiyası (IAF) arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Təşkilatın baş ofisindən AJMEDIA-ya bildiriblər ki, ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik və IAF-ın prezidenti Paskal Ehrenfreund İslam ölkələrinin ali təhsil müəssisələrində, habelə elmi-tədqiqat institutlarında Beynəlxalq Kosmos Universitetinin (ICU) kosmik tədqiqatlar üzrə yeni tətbiqlərinin yayılması, üzv ölkələrin mütəxəssisləri üçün treninqlərin keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

ICESCO-nun Baş direktoru bildirib ki, onun rəhbərlik etdiyi təşkilat astronavtika və kosmik texnologiyalar fənninin təşkilata üzv ölkələrin orta məktəb və universitetlərində tədris proqramlarına daxil edilməsi üzrə layihə həyata keçirəcək. Bəşəriyyətin gələcəyi olan kosmik tədqiqatlar İslam ölkələri üçün də böyük əhəmiyyətə malikdir.

Tərəflər noyabrın 1-3-də Beynəlxalq Kosmos Fondu və ICESCO-nun birgə təşkilatçılığı ilə keçiriləcək Qlobal Kosmos Forumuna hazırlıq məsələlərini də müzakirə ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts