“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi üçün potensialın gücləndirilməsi proqramı” yekunlaşıb

Tokio, 12 iyul , /AJMEDIA/

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə ADA Universitetinin tərəfdaşlığı çərçivəsində icra edilən “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi üçün potensialın gücləndirilməsi proqramı” yekunlaşıb.
AJMEDIA Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, proqramın bağlanış mərasimində agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev, İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, TƏBİB-in İdarəetmə Birliyinin İdarə Heyəti sədri vəzifəsini icra edən Vüqar Qurbanov, ADA Universitetinin prorektoru və İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə, institutun direktor müavini Aygün Hacıyeva və ADA Universitetinin İxtisasartırma Proqramlarının rəhbəri Nərgiz İsmayılova iştirak ediblər.
Zaur Əliyev agentliyin və TƏBİB-in əməkdaşlarına təlimlərdə iştiraketmə imkanı yaratdığı üçün ADA Universitetinə təşəkkürünü ifadə edib.
Nigar Bayramova çıxışında əməkdaşların bilik və bacarıqlarının artırılması baxımından təlim proqramının əhəmiyyətindən danışıb.
Vüqar Qurbanov təlim kursunu bitirən iştirakçıları təbrik edib və hazırda tabeli tibb müəssisələrində çalışan şəxslərin bilik və bacarıqlarının artırılmasının əsas hədəflərdən biri olduğunu vurğulayıb.
ADA Universiteti nəzdində fəaliyyət göstərən İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramları tərəfindən təşkil olunan təlim kursu cari ilin aprel ayında başlayıb. Təxminən 3 ay davam edən kursda agentlik və TƏBİB-in 70 əməkdaşı iştirak edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts