Hüseyn Cavidin 140 illiyi ilə bağlı tədbir təşkil edilib

Tokio, 25 oktyabr , /AJMEDIA/

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialında “Mənim tanrım gözəllikdir, sevgidir” adlı tədbir keçirilib. Tədbir Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 140 illiyinə həsr olunub.
Baş İdarədən AJMEDIA-ya bildirilib ki, kitabxananın əməkdaşları H.Cavidin zəngin yaradıcılığından, onun ədəbiyyata əvəzsiz töhfələrindən söhbət açıblar. Həmçinin şairin Azərbaycan ədəbiyyatında mənzum dram və faciə janrlarının əsasını qoyduğu da qeyd edilib.
Sonda oxucular Hüseyn Cavidin əsərlərindən ibarət sərgi ilə tanış olublar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts