Hikmət Hacıyev Arye Qutun vəfatı ilə əlaqədar başsağlığı verib

Tokio, 21 sentyabr , /AJMEDIA/

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakı Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, “İsraildə Azərbaycan Evi”nin icraçı direktoru, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qutun vəfatı ilə əlaqədar başsağlığı verib.
AJMEDIA xəbər verir ki, Hikmət Hacıyev tviter hesabında paylaşdığı başsağlığında qeyd edib:
“Əziz dost Arye Rəşid Qut, Allah sənə rəhmət eləsin! Ailə üzvlərinə Allah səbir versin! Azərbaycanın haqq mübarizəsində usanmadan çalışdın. Təsəllimiz odur ki, Şuşanı və azad Qarabağı görmək bu yay sənə qismət oldu”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts