“Heydər Əliyev İli” çərçivəsində Qaxda ümumrayon iməciliyi keçirilib

Tokio, 15 aprel , /AJMEDIA/

Qax rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş silsilə tədbirlər davam edir.
AJMEDIA xəbər verir ki, “Heydər Əliyev İli” çərçivəsində aprelin 15-də Qax şəhəri ərazisində və rayonun kənd inzibati ərazi vahidlərində ümumrayon iməciliyi keçirilib.
Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən ümumrayon iməciliyi ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş Ulu Öndərin xatirəsini yad etmək, Ümummilli Liderin yaşıllaşdırma ənənələri irsini davam etdirmək, həmçinin insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etmək məqsədi daşıyıb.
Aksiya çərçivəsində müxtəlif ərazilərdə və yol kənarlarında təmizlik işləri aparılıb, ərazi alaq otlarından təmizlənib, yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib. Məişət, polietilen və digər tullantılar ərazidən yığışdırılıb, səliqə-sahman yaradılıb.
Ümumrayon iməciliyində idarə, müəssisə və təşkilatların kollektivləri, YAP fəalları və sakinlər yaxından iştirak ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts