“Harri Potter və fəlsəfə daşı” romanının nadir ilk sərt üzlü nəşri rekord qiymətə satılıb

Tokio, 10 dekabr, /AJMEDIA/

İngilis yazıçısı Coan Roulinqin gənc sehrbazdan bəhs edən “Harri Potter və fəlsəfə daşı” romanının nadir ilk sərt üzlü nəşri Texasın Dallas şəhərindəki “Heritage Auctions” hərracında 471 min dollara satılıb.

AJMEDIA TASS agentliyinə istinadla xəbər verir ki, 1997-ci ildə bu romanın ilk nəşri cəmi 500 nüsxədən ibarət olub. Onlardan 300-ü dərhal kitabxanalara və məktəblərə paylanılıb, yalnız 200-ü mağazalarda satılıb. Bu səbəbdən kitabxana möhürü olmayan nüsxələr kolleksiyaçılar tərəfindən xüsusilə yüksək qiymətləndirilir.

Məlumatda bildirilib ki, satılan nüsxə əla vəziyyətdədir. “Bu nüsxəni insan qəlbini ovsunlayan, gözü qamaşdıran sözlərindən başqa cür təsvir etmək mümkün deyil. Onu əldə saxlamaq inanılmaz görünür”, – lotun təsvirində deyilir.

Qeyd edək ki, sehrbaz oğlan haqqında 1997-2007-ci illərdə nəşr olunan yeddi roman Coan Roulinqə dünya şöhrəti gətirib. 80-dən çox dildə nəşr olunan kitabların ümumi tirajı 500 milyon nüsxəni keçib. Bu əsərlər əsasında səkkiz blokbaster çəkilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts