Həmrəylik günü münasibətilə videoçarx təqdim olunub (VİDEO)

Tokio, 1 Yanvar, /AJMEDIA/

Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi və dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın iştirakı ilə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş videoçarx hazırlanıb.

AJMEDİA xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Komitənin və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə ərsəyə gələn videoçarxda həmvətənlərimiz yaşadıqları ölkələrdən Azərbaycanın Dövlət Himnini səsləndirməklə xalqımıza təbriklərini çatdırıblar, birlik və həmrəyliklərini nümayiş etdiriblər.
Videoçarxın bədii hissəsi ABŞ-ın Nyu York şəhərində çəkilib. Dövlət Himnimizin sözləri alt yazı ilə ingilis dilində təqdim edilib. Videçarxın hazırlanmasında Yaponiyada yaşayan soydaşımız Nəriman Nərimanov və tanınmış yapon caz ifaçısı Kyoko Yamamoto da iştirak ediblər. Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin təşkilatçılığı aprılan çəkilişdə Yaponiyadan olan iştirakçılar layihəyə Azərbaycanın milli geyimlərində qatılıblar.
Videoçarx “Dünyanın harasında olursan ol, əgər azərbaycanlısansa, zaman yetişəndə hamı bir olub və bir olacaq!” fikri ilə tamamlanıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts