Həftənin ilk iş gününün hava proqnozu

Tokio, 18 dekabr , /AJMEDIA/

Azərbaycanda dekabrın 19-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AJMEDIA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəzlənəcək, arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8°, gündüz 8-11° isti, Bakıda gecə 6-8°, gündüz 9-11° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək – 769 millimetr civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi şərq rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək, axşama doğru bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 4-8°, gündüz 10-15° isti, dağlarda gecə 3-7° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı ehtimal edilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts