Həftənin birinci yarısında bəzi yerlərdə 42-44° isti olacaq

Tokio, 18 iyul , /AJMEDIA/

Gələn həftənin birinci yarısında ölkə ərazisində yağmursuz, isti hava şəraitinin davam edəcəyi, mülayim şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın maksimal temperaturu həftənin birinci yarısında Aran rayonlarında 38-40°, bəzi yerlərdə 42-44°, dağlarda 30-33°, Bakıda və Abşeron yarımadasında isə 33-38° isti olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AJMEDIA-ya verilən məlumata görə, həftənin ikinci yarısında iyulun 22-23-də əsasən şimal və qərb rayonlarında yağış yağacağı ehtimalı var. Havanın temperaturu bir qədər enərək, aran rayonlarında 34-39°, dağlarda 22-26°, Bakıda və Abşeron yarımadasında isə 30-33° isti olacaq.
İyulun 17-nə olan məlumata əsasən, ölkə ərazisində isti hava şəraiti davam edib. Şimal-qərb küləyi əsib. İyulun 17-si səhər Bakıda və Abşeron yarımadasında küləyin sürəti arabir 21 metr/saniyə olub.
İyulun 16-da havanın maksimal temperaturu Bakıda iqlim normasını 3.6° ötüb. Belə ki, Bakıda və Abşeron yarımadasında 38°-dək isti, Naxçıvan Muxtar Respublikasında 37-40°, Şərurda 41°-dək isti, dağlıq rayonlarda 27-30°, Aran rayonlarında 35-40°, Hacıqabulda isə 42° isti olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts