Gündəlik çərəz qəbulu stress və yuxu problemini aradan qaldırır

Tokio, 5 aprel , /AJMEDIA/

Orqanizm üçün tələb olunan gündəlik vitamin və mineral normasını çərəzlərlə ödəmək mümkündür. Nəzərə almaq lazımdır ki, soyuq aylarda, xüsusilə də yoluxucu xəstəliklərin yayıldığı bir zamanda orqanizmin vitamin və enerjiyə daha çox ehtiyacı olur. Qida dəyəri yüksək olduğuna görə bir ovuc qoz, fındıq, badam, fıstıq, iydə və innab orqanizmin gündəlik vitamin tələbatını ödəmək üçün kifayət edir.

AJMEDIA xəbər verir ki, Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisi Tərlan Qorçiyeva deyib: “Çərəzlər orqanizmin immunitetini möhkəmlədir, həzm sistemini sürətləndirir, zehni fəaliyyətə müsbət təsir göstərir. Qovurulmamış və ya az qovurulmuş çərəzlərin istehlakı məsləhət görülür, çünki çərəzlər qovurularkən qidalılıq dəyəri azalır”.

Norma daxilində gündəlik çərəz qəbulu stress və yuxu problemini aradan qaldırır, sümüklərin güclənməsinə və dəri hüceyrələrinin daha cavan qalmasına səbəb olur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts