Göyçayda şəhidin xatirəsinə tikilən bulaq kompleksinin açılışı olub

Tokio, 22 oktyabr , /AJMEDIA/

Göyçay rayonunun Çaxırlı kəndində Vətən müharibəsi şəhidi Sənan Tehran oğlu Məmmədovun xatirəsinə inşa olunan bulaq kompleksi açılıb. Açılış mərasimində rayon rəsmiləri, “Şəhid Ailələrinə Qayğı” Cəmiyyətinin Göyçay rayon şöbəsinin işçiləri, kənd sakinləri, ictimaiyyət nümayəndələri, şəhidin yaxınları iştirak ediblər.
AJMEDIA xəbər verir ki, mərasim iştirakçıları əvvəlcə Çaxırlı kənd qəbiristanlığında şəhidin məzarını ziyarət edib, üstünə tər çiçəklər düzərək xatirəsini ehtiramla anıblar.
Sonra iştirakçılar kənd tam orta məktəbinə gələrək şəhidin həyat və döyüş yolunu əks etdirən guşəyə baxıblar. Burada məktəblilər Vətənə, şəhidlərimizə həsr olunan şeirlər söyləyiblər.
Xatirə bulağının açılış mərasimindəki çıxışlarda iki il öncə oktyabrın 21-də şəhidlik zirvəsinə ucalan Sənanın qısa, lakin şərəfli ömür yolundan xatirələr söylənilib. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən, erməni işğalçılarına qarşı döyüşlərdə əsgər və zabitlərimizin göstərdikləri qəhrəmanlıqlardan danışılıb, Sənan və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığı bildirilib.
Qeyd edək ki, şəhid Sənan Məmmədov 2020-ci ilin yanvarında həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsi başlayanda döyüşlərə qatılıb, 2020-ci il oktyabrın 21-də Xocavənd istiqamətində şəhid olub. “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts