Gənclərin Vətən müharibəsi iştirakçıları ilə növbəti görüşü olub

Tokio, 13 noyabr , /AJMEDIA/

Naxçıvan şəhərində gənclərin Vətən müharibəsi iştirakçıları ilə növbəti görüşü olub. Tədbirdə leytenant Məzahir Həsənov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları Rəfail Hüseynov, Mirismayil Süleymanov, Fərman Mirzəmmədov, Famil Məhərrəmov iştirak ediblər.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AJMEDIA-ya bildirilib ki, əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Gənclər və İdman Nazirliyinin əməkdaşı Azadə Əliyeva bildirib ki, şəhidlərin əziz xatirəsinin yad edilir, onların ailələrinə mənəvi dəstək göstərilir, qazilərimizlə və hazırda xidmət edən əsgər və zabitlərimizlə gənclərin görüşləri təşkil olunur. Bütün bunlar həm də gənclərə vətənpərvərlik hisslərinin aşılanmasına xidmət edir. Vətən müharibəsi iştirakçıları ilə keçirilən ardıcıl görüşlər də bu qəbildəndir.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşı Nurlan Məhərrəmov Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə başa çatan Vətən müharibəsinin müasir hərb tariximizdə qürurla xatırlandığını vurğulayıb, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində həyata keçirilən işlərdən bəhs edib. Bildirib ki, Azərbaycan əsgəri öz şücaəti, döyüş əzmi və qəhrəmanlığı ilə gələcək nəsillərə əsl milli vətənpərvərlik örnəyi miras qoyub.
Müharibə iştirakçılarından Məzahir Həsənov çıxış edərək göstərilən diqqətə görə təşəkkürünü bildirib. Diqqətə çatdırıb ki, müharibə dövründə əsl əzmkarlıq nümayiş etdirən Azərbaycan əsgəri dövlət-xalq-ordu birliyindən aldığı mənəvi dəstəklə daha da ruhlandı, hər bir qarış torpaq uğrunda sonadək mübarizə apardı. O, qazanılan Qələbənin hər bir azərbaycanlı üçün qürurverici olduğunu, bu ali yolda xidmətləri olan Vətən övladlarının daim iftixarla xatırlandığını deyib.
Tədbir zamanı müharibə iştirakçılarına hədiyyələr təqdim olunub. Onlar öz döyüş xatirələrini iştirakçılarla bölüşüb, gəncləri maraqlandıran sualları cavablandırıblar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts