Füzulidə xeyli sayda silah-sursat aşkarlanıb

Tokio, 25 iyun , /AJMEDIA/

İşğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı vasitələrdən təmizlənməsi, erməni hərbi birləşmələrinin geri çəkilərkən atdıqları silah-sursatın yığılması məqsədi ilə daxili işlər orqanlarının əməkdaşları tərəfindən intensiv tədbirlər görülür.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan AJMEDIA-ya verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri növbəti tədbirlər zamanı tərk edilmiş hərbi mövqelərdən müxtəlif silah-sursatlar aşkar ediblər. Tapılan 5 avtomat, 3 qumbaraatan, 1 pulemyot, 1 tapança, 1 minaatan, tank əleyhinə idarəolunan 1 raket sistemi, müxtəlif növ 44 qumbara, 7 mərmi, 2959 müxtəlif çaplı patron və digər döyüş sursatları aidiyyəti üzrə təhvil verilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts