Fransanın xəbər portalı Qarabağ atları haqqında məqalə dərc edib

Tokio, 7 aprel , /AJMEDIA/

Fransanın “La Gazette” xəbər portalı Dövlət Tərcümə Mərkəzinin ölkədə elan olunmuş “Şuşa İli” münasibətilə fransız dilində hazırladığı “Qarabağ atları” məqaləsinin yayımına başlayıb.

Tərcümə Mərkəzindən AJMEDIA-ya bildirilib ki, məqalənin müəllifi tanınmış jurnalist, tarix üzrə fəlsəfə doktoru Hacı Abdulla, fransız dilinə tərcümə müəllifi Mərkəzin fransız dili mütəxəssisi Fərhad Tağızadədir.

Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən “La Gazette” portalı mütəmadi olaraq səhifələrində beynəlxalq aləmdə cərəyan edən ictimai-siyasi proseslər, elm, siyasət və mədəniyyət hadisələri ilə bağlı xəbər və materialları işıqlandırır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts