Firudin Qurbanov: Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əlaqələr daim inkişaf edir

Tokio, 18 dekabr, /AJMEDIA/

Dekabrın 17-də təhsil nazirinin müavini Firudin Qurbanov İstanbul Kent Universitetinin rektoru Nəcməddin Atsü ilə görüşüb.

AJMEDIA xəbər verir ki, bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüşdə nazir müavini Firudin Qurbanov Azərbaycan və Türkiyə arasında bütün sahələrdə olduğu kimi təhsil sahəsində də əlaqələrin daim inkişaf etdiyini vurğulayıb.

İstanbul Kent Universitetinin rektoru Nəcməddin Atsü öz növbəsində rəhbəri olduğu universitet haqqında geniş məlumat verib.

Görüşdə 44 günlük Vətən müharibəsi zamanı həlak olmuş şəhidlərin övladlarının gələcək inkişafı üçün təhsil sahəsində müvafiq dəstəyin göstərilməsinə dair fikir mübadiləsi aparılıb. Həmçinin Azərbaycan və Türkiyə ali təhsil müəssisələri arasında qurulan əməkdaşlığın yüksək nəticələr verəcəyinə əminlik ifadə olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts