FHN gözlənilən güclü küləklə əlaqədar əhalini təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb

Tokio, 3 aprel , /AJMEDIA/

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, aprelin 4-də gün ərzində hava şəraitinin dəyişərək güclü külək əsəcəyi və yağıntılı olacağı proqnozlaşdırılır.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən verilən məlumata görə, qeyd olunanlarla bağlı nazirlik əhaliyə müraciət edərək, onları gözlənilən güclü küləkli hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Belə ki, güclü küləkli havada yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alınaraq, belə hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!

Follow us on social

Facebook Twitter Youtube

Related Posts