Erməni ekspert: Müharibə Paşinyana hava və su kimi lazımdır

Tokio, 16 fevral , /AJMEDIA/

Müharibə Paşinyana hava və su kimi lazımdır.

AJMEDIA xəbər verir ki, bu sözləri Ermənistan mediasına müsahibəsində politoloq Alen Qevondyan söyləyib. O əlavə edib: “Baş nazir hətta mümkün olmayan mənfi nəticələrə imza atıb, bütün tərəflərlə əlaqələri ən aşağı səviyyəyə düşürə bilib. Ermənistanın tərəfdaşları da Azərbaycana oyun qaydalarını təlqin etmək iqtidarında deyillər”.

Politoloq bildirib ki, baş nazir Paşinyan erməni cəmiyyətinə manipulyasiyalar üzrə ustad dərsləri keçir. Onun sözlərinə görə, məhz bunun nəticəsində Ermənistanın ətrafında vakuum yaranıb və ölkənin heç bir müttəfiqi yoxdur.

Politoloq vurğulayıb: “İlham Əliyevə gəldikdə, o, öz ölkəsinin maraqlarını aydın şəkildə başa düşür. Amma Ermənistanın lideri ölkəsinin tərəfdaşlarını ondan üz çevirməyə məcbur edib. Ermənistan tək qalıb, onun lideri ən aşağı nüfuza malikdir, Paşinyanın ətrafında toplaşmış və korrupsiya yolu ilə böyük sərvət əldə etmiş marginal qrup onu saymır və ya anlamır. Belə olan şəraitdə, Ermənistanın Azərbaycan agentlərinə də ehtiyacı yoxdur”.

Paşinyanın guya Azərbaycanın müharibəyə hazırlaşması barədə bəyanatını şərh edən politoloq deyib: “İndi də deyir ki, müharibə olacaq. Bu məsələdə kim karlı çıxacaq? Əlbəttə ki, Ermənistanın baş naziri. Müharibə öz hakimiyyətini qoruyub saxlamaq üçün ona hava və su kimi lazımdır”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts