Elçin Hüseynbəylinin pyesi Dərbənd teatrının səhnəsində

Tokio, 16 aprel , /AJMEDIA/

AJMEDIA xəbər verir ki, Dərbənd Azərbaycan Dövlət Dram Teatrında tanınmış yazıçı-dramaturq-publisist, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəylinin “İmperator” pyesinin premyerası olub.
Dərbənd Teatrının ədəbi hissə müdiri Telman Tahirli bildirib ki, tamaşanın quruluşçu rejissoru Hörmət Aslanov, bəstəkarı Dağıstan Respublikasının Əməkdar artisti Sevda Bəybalayeva, rəssamı DR-in Əməkdar mədəniyyət işçisi Nahidə Əlimətovadır.
Baş rolları Mirzəağa Cum-Cum, Sərxan Səmədov, Səidə Əliyeva və Lyudmila Babatova ifa ediblər.
Anşlaqla keçən tamaşanı teatrsevər ictimaiyyətlə yanaşı, Dərbənd meriyasının rəhbərləri və şəhərin deputatları da izləyiblər

Follow us on social

Facebook Twitter Youtube

Related Posts