Dünyaşöhrətli braziliyalı müğənni Elza Suares vəfat edib

Tokio, 21 yanvar, /AJMEDIA/

Dünya musiqisinə böyük itki üz verib.

AJMEDIA TASS agentliyinə istinadla xəbər verir ki, Braziliya musiqisinin korifeylərindən olan Elza Suares ömrünün 92-ci ilində vəfat edib.

Dünyanın ən böyük sənətçilərindən hesab edilən, Braziliya musiqisinin simvolu, “Minilliyin səsi” mükafatına layiq görülmüş müğənni canlı, zəngin bir həyat yaşamış, səsi, gücü və qətiyyəti ilə dünyada iz qoymuşdur.

Elza Suares 1930-cu ildə Rio-de-Janeyronun kasıb məhəllələrinin birində anadan olub. O, musiqi karyerasına 1950-ci illərin əvvəllərində başlayıb. Müğənni karyerası ərzində 34 albom çıxarıb ki, onlardan sonuncusu 2019-cu ildə işıq üzü görüb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts