Dünyaca məşhur müğənni Bakıda konsert verəcək

Tokio, 8 iyul , /AJMEDIA/

Amerikalı müğənni-bəstəkar Laura Pergolizzi (LP) Azərbaycanda ilk dəfə konsert verəcək.
AJMEDIA xəbər verir ki, şou-proqram sentyabrın 30-da Bakı Konqres Mərkəzində baş tutacaq.
Qeyd edək ki, LP ləqəbiylə tanınan müğənni 2001-ci ildə müstəqil pop janrındakı “Heart-Shaped Scar” adlı debüt albomunu yayımladıqdan sonra böyük uğur əldə edib. Son illərdə isə ifa etdiyi “Lost on you” mahnısı 17 ölkədə hitə çevrilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts