Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Polşaya səfəri çərçivəsində Varşavada fəaliyyət göstərən Azərbaycan Evində olub.

Tokio, 25 fevral , /AJMEDIA/

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Polşaya səfəri çərçivəsində Varşavada fəaliyyət göstərən Azərbaycan Evində olub. Azərbaycan icmasının nümayəndələri ilə söhbət zamanı xaricdə yaşayan soydaşlarımızın Vətənlə əlaqələrinin möhkəmləndirilməsinə Komitənin hər zaman dəstək verməyə hazır olduğunu bildirib, onların həmrəyliyinin təmin olunması məqsədilə Azərbaycan evlərinin sayının artırılmasının önəmi, mövcud evlərin fəaliyyəti, Komitənin həyata keçirdiyi layihələr, Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar keçirilməsi planlaşdırılan tədbirlər barədə məlumat verib. Xocalı faciəsinin Ermənistanın etnik azərbaycanlılara qarşı törətdiyi soyqırımı aktı olduğu, diaspor nümayəndələrinin hər il soyqırımının ildönümü ilə bağlı müxtəlif tədbirlər keçirdiyi vurğulanıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts