Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Polşaya səfəri çərçivəsində Polşa Respublikası xarici işlər nazirinin müavini Henrika Moscicka-Dedis ilə görüşüb.

Tokio, 24 fevral , /AJMEDIA/

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Polşaya səfəri çərçivəsində Polşa Respublikası xarici işlər nazirinin müavini Henrika Moscicka-Dedis ilə görüşüb.
Qonaqları salamlayan nazir müavini Polşa ilə Azərbaycan arasında çoxəsrlik dostluq və əməkdaşlıq münasibətlərinin zamanla daha da möhkəmlənəcəyinə ümidvar olduğunu və bu səfərin ikitərəfli əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib, Azərbaycan icmasının Polşa cəmiyyətinə inteqrasiyasının yüksək səviyyədə olduğunu bildirib. Henrika Moscicka-Dedis xaricdə yaşayan polyaklarla bağlı dövlət siyasətinin əsasını polyak dil və tarixinin, mədəni irsin təbliği, polyakların repartriasiyası, rifahlarının yaxşılaşdırılması və digər məsələlərin təşkil etdiyini, bu istiqamətdə polyakların sıx məskunlaşdığı ölkələrdə layihələr həyata keçirildiyini bildirilib.
Fuad Muradov öz növbəsində Komitənin fəaliyyət istiqamətləri, həyata keçirilən iri layihələr, xalqlararası münasibətlərdə Azərbaycan diasporunun rolu, xarici ölkələrin diaspor məsələlərinə məsul qurumları ilə əməkdaşlıq məqsədilə imzalanmış memorandumlar, o cümlədən ölkəmizin diaspor siyasəti, dövlətimizin xaricdə yaşayan azərbaycanlılara mütəmadi qayğısı barədə nazir müavinini məlumatlandırıb.
Görüş qarşılıqlı fikir mübadiləsi ilə başa çatıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts