Dədə Qorqud söz söyləyir, igidlər qılınc oynadır – II Milli Yaylaq Festivalı uğurla davam edir

Tokio, 30 iyul , /AJMEDIA/

İyulun 30-da Gəncədən 22 kilometr məsafədə, Hacıkənd qəsəbəsinə yaxın ərazidə yerləşən əsrarəngiz Xan yaylağında II Milli Yaylaq Festivalının ikinci günü start götürüb.
AJMEDIA xəbər verir ki, bu gün gələn qonaqlara geniş musiqili proqram təqdim olunacaq. Həmçinin rəsmi qonaqların qarşılanması və rəsmi açılış şousu baş tutacaq.
Sonra isə açılış lentinin kəsilməsi, Dədə Qorqudun qonaqları salamlaması, nağaraçılar və qılınc rəqsi, kollektivlərin yürüşü və digər nömrələr həyata keçiriləcək.
Qeyd edək ki, I Milli Yaylaq Festivalı 2019-cu il iyulun 26-28-də Gədəbəyin Düzyurd-Miskinli yaylağında keçirilmiş və ilk festivala 3 gün ərzində 50 mindən artıq ziyarətçi, 16 ölkədən 100-dən çox iştirakçı qatılmışdı.
Bu il isə festivalda 70 mindən artıq tamaşaçının iştirakı nəzərdə tutulur. Festival iştirakçıları 3 gün ərzində xarici ölkələrdən dəvət olunmuş etnik musiqi qruplarının ifaları, yerli kollektivlərin çıxışları, aşıq deyişməsi, milli rəqslər, xalq mahnıları, Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyət nümunələri, səhnəciklər və teatral kompozisiyalar, qədim xalq oyunları, sənətkarlıq məhsulları, milli geyim nümunələri ilə tanış ola və təbiət qoynunda əsl yaylaq həyatı yaşaya biləcəklər.
Festival iyulun 31-dək davam edəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts