Cənub bölgəsinin yaşlı sakinləri səs veriblər

Tokio, 7 fevral , /AJMEDIA/

Cənub bölgəsində növbədənkənar prezident seçkilərində seçicilərin səsvermə hüququndan istifadə etməsi üçün bütün şərait yaradılıb.

AJMEDIA xəbər verir ki, məntəqələrə gəlmək imkanı olmayan yaşlı, fiziki məhdudiyyətli seçicilərin bu taleyüklü prosesdən kənarda qalmamasından ötrü daşınan seçki qutuları ünvanlara aparılır.

Belə seçicilərdən biri, Yardımlı rayon Bozayran kənd sakini 110 yaşlı Rəhmanova Gülbədim Kəlbi qızıdır. O, yaşadığı ünvanda səsvermə hüququndan istifadə edib.

Cənub bölgəsinin digər yaşlı seçicisi isə Lənkəran rayonunun Xarxatan kənd sakini 104 yaşlı Qızvəs Səmid qızı Mehtiyevadır. O, 76 saylı Lənkəran-Masallı seçki dairəsinin 29 saylı məntəqəsinə gələrək səs verib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts