“Bir nəfəs qədər” tamaşası yenidən səhnədə

Tokio, 28 oktyabr , /AJMEDIA/

Noyabrın 8-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrı “Bir nəfəs qədər” tamaşasını yenidən nümayiş etdirəcək.
AJMEDIA xəbər verir ki, SSRİ Xalq artisti Fikrət Əmirovun musiqisi əsasında hazırlanan bu səhnə əsərinin ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, quruluşçu rejissoru Samir Qulamov, quruluşçu dirijoru və musiqi tərtibatçısı Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artistlər Leyla Ağayeva və Zakir Ağayev, konsertmeysteri Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur.
Tamaşada Əməkdar artist Nahidə Orucova, aktyorlar Gülnarə Abdullayeva, Gülcahan Salamova, Əmrah Dadaşov, İbrahim Əlizadə, Nəzrin İsmayılzadə, Mehriban Zaliyeva, Səmədzadə Xasıyev, Hidayət Əliyev, Əli Kərimov, Murad Əliyev, eləcə də orkestr və balet artistləri iştirak edəcəklər.
Qeyd edək ki, səhnə əsərində oğlunun şəhid olduğuna inanmayan, daim onun yolunu həsrətlə və böyük ümidlərlə gözləyən ananın obrazı canlandırılır. Ana inanır ki, oğlu nə vaxtsa mütləq qayıdacaq. Qaranlıq, uzun gecələrin birində ana sanki arzusuna çatır. Əslində isə xəyal və gerçəklik arasında övladının yoxluğu ilə barışmaq məcburiyyətində qalır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts