Biləsuvarda “Mübariz” filminin qala gecəsi keçirilib

Tokio, 8 aprel , /AJMEDIA/

Biləsuvar rayonunda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun döyüş yoluna həsr olunan “Mübariz” filminin qala gecəsi keçirilib.
AJMEDIA xəbər verir ki, filmin qala gecəsində Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Qəhrəmanın atası Ağakərim İbrahimov, hüquq-mühafizə orqanlarının və idarə rəhbərləri, tanınmış rejissorlar, aktyorlar, Birinci və İkinci Qarabağ müharibələrinin iştirakçıları iştirak edib.
AzTV-nin istehsalı olan “Mübariz” filminin baş prodüseri və ssenaristi Nicat Mənalı, quruluşçu rejissoru Natiq Novruzovdur. Film Mübariz İbrahimovun həyat və döyüş yolundan bəhs edir və Mübariz İbrahimovun şəhid olduğu ərazidə lentə alınıb.
Qala gecəsində çıxış edən rayon icra hakimiyyətinin başçısı Faiq Qürbətov Mübarizin yalnız biləsuvarlıların deyil, qəlbi Vətən eşqi ilə döyünən hər kəsin qürur yeri olduğunu bildirib və filmin rayonda nümayiş etdirilməsində əməyi olanlara təşəkkürünü bildirib.
Mübariz İbrahimovun atası Ağakərim İbrahimov filmin ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlığını ifadə edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts